Hörmətli Əqrəb; Həftəyə partnyor, ortaqlıq, məhkəmə məsələləri ilə başlayırsınız və qəfil xəbərlər ala bilərsiniz. Həftənin ortasında reallaşacaq və təsiri 15 gün davam edəcək tam ayın təsiri ilə; Cərrahiyyə, sağlamlıq, vergi, borclar və maliyyə ilə bağlı qeyri-müəyyənliklər aydınlaşır. Bu proses zamanı aldanmamaq üçün diqqətli olmalısınız. Xüsusilə sevgi, uşaqlar, birja səbəbiylə pul itkiləri baş verə bilər. Əgər söhbət ailənizdən və evinizdən gedirsə, daimi qərarlar qəbul edə bilərsiniz. Həftə sonunda; xaricdə təhsil, səyahət, hüquqla maraqlana bilərsiniz. Sizə gözəl həftə arzulayıram.